<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>287</hymn_number>
<lyrics>[V1]
 Adəmin etdiyi günahdan sonra
 Gəldi bu dünyaya günah və ölüm.
 Aparır ölümə bizi günahlar,
 Tövbə edin, xilas olun, insanlar.

[C1]
   Allah tərəfi ndən böyük bir qərar
   Hazırlanmışdır günahkarlar üçün.
   Bakirə Məryəmdən doğulan Oğul
   Günahlı insanın xilası üçündür,
   Tövbə edin, xilas olun, insanlar!

[V2]
 Düşmən öz işinə davam edirdi
 Müqəddəs Oğulun yolun güdürdü.
 Daim həqiqətə qarşı dururdu
 Hər yerdə düz yola mane olurdu.

[V3]
 Döyüldü, söyüldü, təhqir olundu
 Bütün günahlar üçün Qurban olundu.
 Qurdlar arasında bir Quzu kimi
 Çarmıxa çəkilib, edam olundu.

[V4]
 Tövbə edib nəsib olun Məsihə
 Gətirsin tövbəniz layiqli səmərə.
 Yaşayın əbədi siz də Məsihlə,
 Tövbə edin, xilas olun, insanlar.</lyrics>
<title>Adəmin etdiyi günahdan sonra İL287</title>
</song>